• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Aparıcılara elə gəlir ki, mikrofon əllərindədirsə…” 

CƏMİYYƏT

17 Mart 2022 | 15:22 | Müəllif: Qalib İbrahimoğlu

“Aparıcılara elə gəlir ki, mikrofon əllərindədirsə…”

Şou əhlinin oxuyub-oynaması, həmkarları ilə dava-dalaşı, efirlərdə çıxardıqları oyunları və göstərdikləri qeyri-adi şouları sosial mediada tez-tez müzakirə predmeti olur. Bundan əlavə məişət və əyləncə tipli verilişlərdə aparıcıların subyektiv fikirlərini doğruymuş kimi göstərmələri, mövqelərini ortaya qoymaları cəmiyyət tərəfindən birmənalı qarşılanır. Məsələn, biri efirdə yoqa edir, biri 15 yaşlı qızların evliliyinə doğru yanaşdığını bildirir, biri verilişə qonaq gələnlərə “bu” deyə xitab edir və daha nələr, nələr…

Bəs Azərbaycan telekanallarında olan bu kimi hallar jurnalistika prinsiplərinə uyğundurmu? Bakı Dövlət Universitetinin professoru, teletənqidçi Qulu Məhərrəmli Bakıvaxtı.az-a bütün bu baş verənlərin jurnalistika ilə aidyyatı olmadığını bildirib: “Bizim bir çox aparıcılar tamaşaçı, kamera, cəmiyyət qarşısında məsuliyyət hissindən uzaqdı. Onlara elə gəlir ki, mikrofon əllərindədirsə, nə istəsələr danışa, kamera açıqdırsa, kütləyə necə istəsə müraciət edə bilər. Onların əsas məqsədi cəmiyyəti məlumatlandırmaq və maarifləndirmək deyil. Bunların əsas məqsədi yüngül, ucuz şoularla auditoriya toplamaq, kommersiya məqsədi güdmək, reklam əldə etməkdir. Bu, bəllidir və hardasa həm də başa düşüləndir”.

Q.Məhərrəmli qeyd edib ki, amma bu prosesdə dəyərləri tapdalamaq, xalqın min illər qoruyub saxladığı ənənələri pozmağa cəhd eləmək, bunun üzərində biznes qurmaq yolverilməzdir: “O ki qaldı aparıcılara, onlar moderatordur, verilişə gələnləri, çıxışçılar, qurulmuş ssenarini idarə edirlər. Ona görə də onların özünə ekspert demələri, hədsiz subyektiv fikirlərini gerçək kimi təqdim etmələri, özlərini üləma kimi göstərməkləri çox qüsurludur, eybəcərdir”.

Onun sözlərinə görə, televiziya rəhbərləri, redaktorlar bu məsələyə diqqət yetirməlidilər ki, auditoriyanı bu dərəcədə qıcıqlandırmasınlar: “Hamı kütləvi şəkildə bu millətin dəyərlərinə hörmət etməlidir, onu qorumalıdır, tapdamağa isə heç kimin haqqı yoxdur. Məhz buna görə də televiziyalar buna ciddi nəzarət etməlidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026