• Bakı 14° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9587

    RUB - 2.1501

Rayonlarda 20 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

25 Noyabr 2025 | 12:24

Rayonlarda 20 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda noyabrın 26-da havanın 20 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.


SON XƏBƏRLƏR

24 Noyabr 2025