q
  • Bakı C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0018

    RUB - 2.268

“Real Madrid”ə geri dönə bilər

İDMAN

21 Aprel 2026 | 20:11

“Real Madrid”ə geri dönə bilər

İspaniyanın məşhur “Mundo Deportivo” qəzeti Portuqaliyalı mütəxəssis Joze Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Bakıvaxtı.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi hazırda “Benfika”nı çalışdıran təcrübəli məşqçinin geri dönüş variantını nəzərdən keçirib və hətta onunla ilkin təmas qurub.

Lakin mənbə vurğulayır ki, tərəflər arasında hələlik rəsmi və əsaslı danışıqlar aparılmır.

Məlumata görə, tanınmış baş məşqçi köhnə klubuna qayıtmaq ideyasına olduqca müsbət yanaşır. Əgər Madrid təmsilçisinin rəhbərliyi konkret addım atmaq qərarına gələrsə, Mourinyo təklifi müzakirə etməyə tam hazırdır.

Buna baxmayaraq, klubun idarə heyətində sözügedən namizədliklə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Rəhbərliyə yaxın bəzi mənbələr portuqaliyalı mütəxəssisin geridönüş ssenarisini tamamilə istisna edirlər.

Xatırladaq ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real Madrid”in sükanı arxasında olub və bu müddətdə komanda ilə İspaniya La Liqasının, eləcə də ölkə kubokunun qalibi adını qazanıb.


SON XƏBƏRLƏR