• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Real"ın futbolçuları cəzalandırıldı

İDMAN

04 Aprel 2025 | 20:42 | Müəllif: Subhan Mahmudov

"Real"ın futbolçuları cəzalandırıldı

"Real"ın futbolçuları Kilian Mbappe, Antonio Rüdiger və Daniyel Sebalyos cəzalandırılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Buna səbəb Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı cavab oyununda (1:0 (4:2 penalti ilə)) qeyri-etik davranışları olub. Rüdiger 40 min avro, Mbappe isə 30 min avro cərimələnib. Həmçinin, hər iki futbolçuya UEFA turnirlərində bir oyunluq şərti diskvalifikasiya cəzası verilib. Bu, onların il ərzində yenə də qeyri-etik davranış göstərdikləri halda real diskvalifikasiyaya çevriləcək.

Səbalyos isə 20 min avro məbləğində cərimə alıb, lakin diskvalifikasiya tətbiq edilməyib.

Qeyd edək ki, əvvəlcə etik və intizam məsələləri üzrə inspektor "Real"ın hücumçusu Vinisius Júniorun həmin oyundakı davranışlarını da araşdırmışdı, amma nəticədə braziliyalı futbolçuya qarşı heç bir iş açılmayıb./Qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026