• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Real"ın futbolçusu 12 oyunluq cəzalana bilər

İDMAN

16 Fevral 2025 | 10:21 | Müəllif: Subhan Mahmudov

"Real"ın futbolçusu 12 oyunluq cəzalana bilər

İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellinqem 12 oyunluq cəzalana bilər.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin La Liqanın XXIV turunda "Osasuna" ilə matçda baş hakimi təhqir etməsidir.

İngiltərəli oyunçu 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

La Liqa qaydalarına əsasən, baş hakimi, onun köməkçisini, dördüncü referini, səlahiyyətli şəxsləri təhqir edən futbolçu 4 oyundan 12 matça qədər diskvalifikasiya ilə üzləşə bilər.

Görüşdən sonra Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti və Bellinqem hakimə qarşı təhqiramiz ifadələr işlədilmədiyini söyləyiblər.

Qeyd edək ki, matç 1:1 hesabı ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026