• Bakı 18° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Reanimasiyaya yerləşdirilən Karpovun son durumu

İDMAN

14 Noyabr 2022 | 01:00 | Müəllif: Subhan Mahmudov

Reanimasiyaya yerləşdirilən Karpovun son durumu

Şahmat üzrə keçmiş dünya çempionu Anatoli Karpov sabah palataya köçürülə və hətta evə buraxıla bilər.

Bakıvaxtı.az axar.az-a istinadən bildirir ki, bu barədə Karpovun köməkçisi deyib.

O bildirib ki, 71 yaşlı keçmiş çempion artıq özünü yaxşı hiss edir, huşu özündədir.

Qeyd edək ki, 31 oktyabrda Anatoli Karpov beyin travması və çanaq sümüyünün sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Onun yıxılaraq ağır xəsarət aldığı bildirilirdi.

A.Karpov 1975-ci ildə şahmat üzrə dünya çempionu olub və bu titulu 1985-ci ilə qədər daşıyıb.

2011-ci ildə Vahid Rusiya Partiyasından Dövlət Dumasına deputat seçilib. Karpov Dövlət Dumasının Milli məsələlər komitəsinin üzvüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026