Dünyada və regionda baş verən hadisələrə görə, Türk Dövlətləri Konfederasiyası ideyası yenidən gündəmə gəlib. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini xatırladanlar bu ideyanı dəstəkləyirlər var.
“Bu ideya türk dövlətlərində populyardır və aktuallığını qoruyur. Bu ideya dövlətlərin müstəqillik səviyyəsindən asılı olan məsələdir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

“Etiraf edək ki, bəzi türk dövlətlərinin obyektiv və subyektiv məsələlərdən dolayı Rusiyadan asılılığı var. Son zamanlar bu ölkələr müstəqil xətti izləməyə çalışırlar. Bu prosesi gözləmək lazımdır. Məsələn, son vaxtlar Özbəkistanın bu istiqamətdə addımlar atması bu dövlətin daha da müstəqil siyasət yürütməsilə bağlıdır.
Bu ideya Türk Birliyi, Türk Dövlətləri Təşkilatı,Türk Dövlətləri Parlament Assambleyası səviyyəsində gerçəkləşdiririk. Bu ideyanın arzuladığımız şəkildə olması üçün daha müstəqil, çevim və təhlükəsiz mövqedə durması, özünü maraqlarına uyğun qərarlar verməsi baxımından bir yeni şəraitin yaranmasına ehtiyac var”, - deyə deputat F.Mustafa bildirib.
Ramid İbrahimov







jpg-1678864516.webp)








