İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hər il olduğu kimi, bu il də dənizdə batanların sayı çoxdu.
Bakıvaxtı.az olaraq çimərliklərdə olan vəziyyətlə, xilasedicilərin işləri ilə yaxından şahid olduq.
Həmsöhbətimiz Mərdəkan Sularda Xilasetmə məntəqəsinin dalğıcı, daxili xidmət kiçik çavuşu Eldar Əkbərov bizim bəzi suallarımızı cavablandırıb.
Onun sözlərinə görə, iyunun 15-dən dənizlərdə təhlükəsizlik tədbirləri görülüb. Bildirib ki, xüsusi qayıqlarda vətəndaşların təhlükəsizliyi üçün xidmət aparılır.
Bunlardan başqa, dalğıc bizimlə söhbətdə valideynlərin çimərliklərdə etdiyi məsuliyyətsizliklərini də vurğulayıb.
Bütün bunlarla Bakıvaxtı.az-ın hazırladığı süjetdə tanış ola bilərsiniz:
Mina Mikayılova