• Bakı 19° C

    8.79 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Rəvanın “sevgi” üzərindən GÜNDƏM OYUNU

MƏDƏNİYYƏT-ŞOU

18 Aprel 2024 | 09:51

Rəvanın “sevgi” üzərindən GÜNDƏM OYUNU

Müğənni Rəvan Qarayev növbəti açıqlaması ilə gündəmə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Qarayev həkim sevgilisi ilə bağlı bəzi məqamları açıqlayıb.

“Rəngarəng səhər” verilişində qonaq olan ifaçı sevgilisinin ondan başqa heç bir müğənniyə qulaq asmadığını bildirib:

“O, məndən başqa heç kimə qulaq asmır. Ancaq mənə qulaq asır. Ayselin (aparıcı Aysel Novruzovanı nəzərdə tutur – red.) uşağının həkimidir”.

Qeyd edək ki, Rəvan Qarayev bir neçə müddət öncə həkim sevgilisindən ayrıldığını bildirib. İzləyicilərsə onun bu açıqlamaları gündəmə gəlmək üçün etdiyini iddia ediblər.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

30 Aprel 2024