• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Robot insan üzərində ilk dəfə əməliyyat keçirdi

DÜNYA

07 Avqust 2024 | 17:26

Robot insan üzərində ilk dəfə əməliyyat keçirdi

Amerikanın "Perceptive" şirkətinin robotu canlı insanın dişləri üzərində dünyada ilk dəfə əməliyyat keçirib.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, robot avtomatlaşdırılmış stomatoloji sistemin köməyi ilə tamamilə avtonom əməliyyat həyata keçirə bilib.

Bildirilib ki, o, manipulyatorlardan, obyektlərin 3D vizuallaşdırılması sistemi və süni intellektdən (AI) istifadə edib.

Şirkət nümayəndələrinin sözlərinə görə, prosedurdan əvvəl robot stomatoloq xəstənin ağız boşluğunu skan edir və effektiv müalicə kursunu müəyyənləşdirir.

Texnologiya diş çürüməsini 90 faizdən çox dəqiqliklə aşkar edə bilir.

“Perceptive” qeyd edib ki, diaqnostika zamanı adi rentgen müayinəsində olduğu kimi xəstə ionlaşdırıcı şüalanmaya məruz qalmır.

Mühəndislər robotun bəzi işləri adi həkimdən daha sürətli yerinə yetirə biləcəyini bildiriblər.

“Robot kronları 15 dəqiqəyə və bir əməliyyatla quraşdıra bilir, halbuki ənənəvi müalicə ilə xəstə iki dəfə klinikaya müraciət etməli və bir saatlıq əməliyyat keçirməlidir”.

“Perceptive”in direktoru Chris Ciriellonun sözlərinə görə, şirkət indi bu cür əməliyyatları hər yerdə həyata keçirə bilməz.

Qeyd edib ki, onun ABŞ Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənməsi təxminən beş il çəkəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR

09 Sentyabr 2024