• Bakı 11° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rubionun təyyarəsi yarı yoldan qayıtdı

DÜNYA

14 Fevral 2025 | 10:42

Rubionun təyyarəsi yarı yoldan qayıtdı

ABŞ Dövlət katibi Marko Rubionun Almaniyanın Münhen şəhərinə yollanan təyyarəsi texniki nasazlıq səbəbindən geri qayıtmalı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentində mənbəyə istinadən “CBS” yayıb. 

Bildirilib ki, uçuş zamanı mexaniki problemlə üzləşən təyyarə Endryus bazasına tərəf geri yönləndirilib. 

Rubionun Almaniya və daha sonra Yaxın Şərqə səfərinə başqa təyyarə ilə davam edəcəyi vurğulanıb. 

Qeyd edək ki, ABŞ Dövlət katibi fevralın 14-dən 16-na qədər Almaniyada keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməli idi. Onun tədbir zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın açıqlamasına görə, bu gün tədbir çərçivəsində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşü baş tutmalıdır.


SON XƏBƏRLƏR

18 Aprel 2025