• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rus pilotlar Ermənistanda hərbi təlim keçəcək

DÜNYA

11 Oktyabr 2022 | 14:33 | Müəllif: Subhan Mahmudov

Rus pilotlar Ermənistanda hərbi təlim keçəcək

Rusiyanın Cənub Hərbi Dairəsinin hərbi bazasının ordu aviasiyası Mi-8MTV-5 və Ka-52 döyüş helikopterləri ilə Ermənistanın dağlıq ərazilərində gecəgörmə cihazlarından istifadə etməklə gecə təlim uçuşları həyata keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlimdə helikopter pilotları çətin hava şəraiti də daxil olmaqla, gündüz və gecə 1,5 km-dən 4 km-ə qədər yüksəklikdə dağ yamacları üzərində uçarkən, dərələri keçərkən və aşırımları aşarkən pilotaj vərdişlərinə yiyələnəcəklər. Təlimin özəlliyi müasir hücum helikopterlərinin ekipajlarının gecəgörmə cihazlarından istifadə etməklə gecə uçuşları üçün hazırlanmasıdır”, - məlumatda deyilir.(Axar)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026