• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Rusiya apreldə 6139 hərbi cinayət törədib"

DÜNYA

04 May 2023 | 14:20

"Rusiya apreldə 6139 hərbi cinayət törədib"

“Rusiya təkcə aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib. Nəticədə 17-si uşaq olmaqla 207 nəfər həlak olub”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanddakı Beynəlxalq Haaqa Məhkəməsində çıxışı zamanı deyib.

O bildirib ki, mayın 3-də Rusiyanın hücumu nəticəsində 23 mülki vətəndaş ölüb, 48 nəfər yaralanıb: “Biz istəyirik ki, bu, sonuncu müharibə olsun. Daha savaş olmasın”.

V.Zelenski həmçinin qeyd edib ki, Kreml əməllərinə görə məsuliyyət daşımalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Niderlandda səfərdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR