• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxır

DÜNYA

17 May 2022 | 18:26 | Müəllif: Subhan Mahmudov

Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxır

Rusiya Baltik Dənizi Dövlətləri Şurasından çıxmaqla bağlı rəsmi qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Eyni zamanda, Rusiya Federasiyasının Federal Məclisi Baltik Dənizi Parlament Konfransından çıxmaq barədə qərar qəbul edib.

“Şuraya üzvlüyün dayandırılması Rusiyanın regionda mövcudluğuna təsir etməyəcək. Ölkəmizi Baltikyanı ölkələrin sırasından sıxışdırıb çıxarmaq cəhdləri uğursuzluğa məhkumdur. Biz məsul tərəfdaşlarla işi davam etdirəcəyik, Baltikyanı ölkələrin inkişafının əsas məsələləri üzrə tədbirlər keçirəcəyik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ildə Almaniya, Norveç, Finlandiya, Danimarka, Polşa, İsveç, Latviya, Rusiya, Estoniyanın təşəbbüsü ilə Kopenhagendə yaradılıb. 1995-ci ildə təşkilata İslandiya da qoşulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026