• Bakı 22° C

    5.44 m/s

Rusiya bu Avropa Konvensiyasından ÇIXDI

DÜNYA

14 Avqust 2024 | 16:38

Rusiya bu Avropa Konvensiyasından ÇIXDI

Rusiya Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasına xitam verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.

Məlumata görə, 2024-cü il avqustun 1-də Rusiya Federasiyası adından  1996-cı il fevralın 28-də Strasburqda imzalanmış Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası Rusiya Federasiyası ilə konvensiyanın digər iştirakçıları arasında münasibətlərə xitam verilib.

Bildirilib ki, Rusiyada milli azlıqların müdafiəsi Rusiya Federasiyasının Konstitusiyası ilə müəyyən edilir və təmin edilir , eyni zamanda federal mərkəzin və Rusiyanın bölgələrinin birgə yurisdiksiyasındadır.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026