• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya bu halda Azərbaycandan və Gürcüstandan enerji istəyəcək

İQTİSADİYYAT

15 Oktyabr 2024 | 21:55 | Müəllif: Subhan Mahmudov

Rusiya bu halda Azərbaycandan və Gürcüstandan enerji istəyəcək

Rusiya Azərbaycan və Gürcüstandan fövqəladə vəziyyətlər zamanı ümumilikdə 600 MVt həcmində elektrik enerjisi idxal etmək imkanı istəyib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu “İnter RAO”nun idarə heyətinin üzvü Aleksandra Panina Ümumrusiya Tarif Konfransı çərçivəsində jurnalistlərə bildirib.

“Bəli, biz iki ölkədən xahiş etmişik: Azərbaycan və Gürcüstana tədarük imkanını soruşduq. Biz idxal imkanını nəzərdən keçiririk və fövqəladə vəziyyətlərdə iki qonşunun enerji sisteminin imkanlarını soruşduq. Əgər fövqəladə vəziyyət yaranarsa, o zaman biz Sistem Operatorunun xahişi ilə iki enerji sisteminə - Gürcüstan və Azərbaycana müraciət edəcəyik ki, hər biri bizi 300 MVt enerji ilə təmin etsin”, - deyə Panina bildirib. 

Onun sözlərinə görə, şirkət Gürcüstan və Azərbaycandan hələ də cavab almayıb.

"Rusiya elektrik enerjisini idxal etməməyə çalışacaq, lakin fövqəladə hallarda qonşu ölkələrin enerji sistemlərinə müraciət edə bilərik",  -deyə Panina aydınlıq gətirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR