• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya MN: “Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb

DÜNYA

12 Iyul 2023 | 19:31 | Müəllif: Subhan Mahmudov

Rusiya MN: “Vaqner”dən silah və hərbi texnikanın qəbulu başa çatıb

Rusiya Silahlı Qüvvələri plana uyğun olaraq, "Vaqner" Özəl Hərbi Şirkətinin bölmələrindən silah və hərbi texnikanın qəbulunu başa çatdırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi qeyd edib ki, onlar 2 mindən çox texnika, o cümlədən 20 minə yaxın atıcı silah və 2,5 min tondan çox müxtəlif döyüş sursatları alıblar.

"Vaqner" ÖHŞ yüzlərlə ağır silah - T-90, T-80, T-72B3 tankları, "Qrad", "Uraqan" reaktiv yaylım atəş sistemləri, "Pançir" zenit-raket sistemləri, özüyeriyən artilleriya qurğuları təhvil verib.

Qeyd olunur ki, ötürülən texnikalar arasında döyüş şəraitində istifadə olunmayan silahlar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026