• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Rusiya prosesi yenidən ələ almağa çalışır” - Siyasi şərhçi

SİYASƏT

19 May 2023 | 17:26 | Müəllif: Qalib İbrahimoğlu

“Rusiya prosesi yenidən ələ almağa çalışır” - Siyasi şərhçi

“Lavrovun “üçtərəfli razılaşmanın alternativi yoxdur” mesajı Rusyanın vasitəçiliyinə alternativ olan Qərbə və Qərb masasında iştirak edən hər iki tərəfə - Azərbaycana və Ermənistana ünvanlanıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Moskvanın məqsədi əvvəldən münasibətlərin qurulmasından tutmuş sülh müqaviləsinin imzalanmasına qədər bölgədə hər şeyə nəzarət etməkdir. Onun sözlərinə görə, xarici işlər nazirlərinin Moskva görüşü də buna hesablanıb, çünki xüsusilə Ukrayna müharibəsi başlayandan sonra Qərb Bakı-İrəvan münasibətlərində Rusiyanı sıxışdırmağa, vasitəçilik təşəbbüsünü ələ almağa başladı.

“Rusiya prosesi yenidən ələ almağa çalışır, mayın 25-də Moskvada liderlər səviyyəsində görüşün planlaşdırılması da bundan qaynaqlanır. Lakin Rusiya üçtərəfli razılaşmalara alternativ görmək istəmirsə, buradakı öhdəliklərin yerinə yetirilməsini həyata keçirməlidir” deyən A.Nərimanlı bildirib ki, Azərbaycan üzərinə düşdüyü öhdəlikləri yerinə yetirib, lakin Ermənistan nə 4-cü bənddə qeyd olunan silahlı dəstələrinin Qarabağdan çıxarılmasını, nə humanitar məsələlərdəki öhdəliklərini, nə də Naxçıvana maneəsiz keçidin verilməsini yerinə yetirib.

Siyasi şərhçiyə görə, bu razılaşmanın qarant ölkəsi Rusiyadırsa və üçüncü tərəflərin proseslərə müdaxiləsini istəmirsə, Putinin imza atdığı sənəddə qeyd olunanları icra etməlidir, əks təqdirdə, üçtərəfli razılaşmanın alternativinin olmadığı sadəcə bəyanat olaraq qalır.

Cavad


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026