• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Ukrayna bataqlığında: 387 mindən çox ÖLÜ

DÜNYA

02 Fevral 2024 | 10:32

Rusiya Ukrayna bataqlığında: 387 mindən çox ÖLÜ

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 830 hərbçisini itirib.

Bakıvaxtı.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 387 060 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 19 zirehli döyüş maşını, 46 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026