• Bakı 22° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Rusiya-Ukrayna müharibəsi bitir? - AÇIQLAMA

SİYASƏT

14 Noyabr 2023 | 12:40 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya-Ukrayna müharibəsi bitir? - AÇIQLAMA

"Avropa siyasi dairələri, Qərb ölkələri gec-tez Ukraynaya itirdiyi torpaqların müqabilində müəyyən təhlükəsizlik təminati verə bilərlər".

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert bildirib ki, Qərb ölkələri bununla atəşkəs rejimi tətbiq etməyə və savaşı dayandırmağa cəhd göstərəcəklər. Onun sözlərinə görə, hər halda, müharibənin bu şəkildə davam etməsi Avropanın aparıcı siyasi dairələrini qane etmir: “Ona görə də düşünürəm ki, son nəticədə tərəflər ortaq məxrəcə gələcəklər”.

İlqar Vəlizadə:  Qərb ölkələri atəşkəs rejimi tətbiq etməyə və savaşı dayandırmağa cəhd göstərəcəklər

Müsahibimizə görə, Ukrayna yəqin ki, hərbi əməliyyatları dayandırmaq yönündə addımlar atacaq: “Əlbəttə, müharibənin bitməsindən söhbət getmir. Amma müvəqqəti dayandırılması və aralıq sənədin imzalanması mümkündür. Hadisələr ancaq bu cür yekunlaşa bilər".

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinin əhalisinin əhəmiyyətli hissəsinin, o cümlədən siyasətçilərin Ukraynadakı silahlı konfliktdən yorulduqlarını deyib: “Əlbəttə, xeyli insan konfliktdən yorulub, bu aydındır. Bəzi avropalı siyasətçilər də yorulub. Lakin Ukraynaya yardımın heç bir alternativi yoxdur”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026