• Bakı 27° C

    6.39 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 təyyarəsi vuruldu

DÜNYA

19 Aprel 2024 | 11:02

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 təyyarəsi vuruldu

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub.

Bakıvaxtı.az  UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk bildirib.

O qeyd edib ki, bu təyyarə Rusiya hərbi aviasiyasının Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Kh-22 qanadlı raketləri ilə təchiz olunur.

General xatırladıb ki, Rusiya ötən gecə müxtəlif profilli raketlər və pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə hücum həyata keçirib:

“Qarşı tərəf ümumilikdə 36 hava hücumu vasitəsindən - 22 müxtəlif tipli raketlərdən və 14 zərbə dronundan istifadə edib”.


SON XƏBƏRLƏR