• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya-Ukrayna müharibəsində qalib kim olacaq? - AÇIQLAMA

DÜNYA

26 Fevral 2022 | 11:00 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya-Ukrayna müharibəsində qalib kim olacaq? - AÇIQLAMA

“Rusiya-Ukrayna müharibəsində Zelenskini ittiham edənlərin məqsədi Ukraynanın Rusiyaya tabe olmasını istəyənlərdir. O şəxslər Rusiyanın ideoloji cəhətdən yetirdiyi şəxslərdir, "5-ci kalon"un üzvləridir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

O, Ukrayna prezidenti Zelenskinin atdığı addımları haqlı hesab edib: “Biz bu prosesi 90-cı illərdə öz ölkəmizdə yaşamışıq. Ukrayna razı olsa da, bu, baş verəcəkdi. Çünki imperiyanın ambisiyaları bununla bitməyəcəkdi".

C.Nuriyevə görə, Rusiyaya dünyada güc mərkəzi olmasını nümayiş etdirmək lazım idi: "Yəni, Rusiya-Ukrayna müharibəsi mütləq baş verməli idi. Amma bu müharibədə qalib olmayacaq. Ukrayna problemlər yaşayacaq. Ərazisi talan ediləcək, şəhərlər dağıdılacaq, Zelenski hakimiyyətdən gedəcək”.

Politoloq bildirib ki, bu müharibədə Ukrayna siyasi və hərbi cəhətdən, Rusiya iqtisadi və ideoloji cəhətdən məğlub olacaq.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026