• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya-Ukrayna müharibəsinə deputatdan REAKSİYA

SİYASƏT

24 Fevral 2022 | 15:01

Rusiya-Ukrayna müharibəsinə deputatdan REAKSİYA

Hazırda Rusiya-Ukrayna müharibəsi davam etməkdədir. 

44 günlük Vətən savaşımızda ölkəmizin yanında olan Ukraynanın taleyini nə gözləyir? Müharibə nə ilə nəticələnə bilər?

Millət vəkili Tahir Kərimli Bakıvaxtı.az-a açıqlamasında Rusiyanın Ukraynaya qarşı təcavüzünü pislədiyini bildirib: 

“Mən Rusiyanın Donbas və Luqanska girəcəyinə əmin idim, amma Ukraynaya geniş sahədə daxil olacağını gözləmirdim. Baxmayaraq ki, biz bilirdik, Belarusiyada qüvvələr cəmləşdirilib, Krım onların əlindədir, amma Rusiyanın Ukrayanaya daxil olmasını gözləmirdik. Bəlkə də dövlətdə kimsə bu dediyimə görə məndən incik qala bilər. Mən partiyam və öz adımdan deyirəm ki, Rusiyanın Ukraynaya təcavüzünü bəyənmirəm. Doğrudur, cənab Prezident də qeyd edib, Azərbayan-Rusiya Bəyannaməsi 3 ay əvvəl hazırlanmışdı”. 

Deputat vurğulayıb ki, ərazi bütövlüyümüzün rəsmi şəkildə tanınması baxımından Moskva Bəyannaməsinin imzalanmasını təqdir edir: 

“Rusiya tərəfi deyir ki, ona yaxın olan Qazaxıstan, Azərbaycan kimi ölkələrin ərazi bütövlüyünü müdafiə edir, lakin Ukraynaya qarşı bunları söyləmir. Deməli, Rusiya dünyaya qıcıq verən bir dövlətdir. Bu ərəfədə Azərbaycan-Rusiya münasibətlərinin əlahiddə olmağının tərəfdarı olmağımla yanaşı, Ukraynada törədilən bu hadisələri pisləyirəm. “Vəhdət Partiyası birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Böyük narahatlıq içindəyik. Bizi Qarabağ müharibəsində birmənalı dəstəkləyən Ukrayna dövlətinə mənəvi borcumuz var”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026