• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Bakı və İrəvan arasında saziş imzalanıb?

SİYASƏT

24 Mart 2022 | 17:35 | Müəllif: Subhan Mahmudov

Bakı və İrəvan arasında saziş imzalanıb?

Bugünə olan məlumata görə, Ermənistan və Azərbaycan arasında hər hansı sənəd müzakirə edilmir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentindəki mətbuat konfransında Mülki Müqavilə Partiyasından olan deputat Vladimir Vardanyan deyib.

O bildirib ki, hazırkı vəziyyətdə beynəlxalq müqavilədən söhbət gedir, belə bir sazişi isə gizlətmək mümkün deyil:

“Bu cür müqavilələr müxtəlif beynəlxalq və ölkədaxili prosedurlardan keçir, ratifikasiya olunur, hətta yeri gələndə referendum keçirilir”.

O xatırladıb ki, 1945-ci ildən sonra beynəlxalq hüquqda faktiki olaraq gizli razılıq və sazişlər qadağan edilib.(axar.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026