• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya Ukraynada əməliyyatlara FASİLƏ VERDİ

DÜNYA

07 Iyul 2022 | 21:03 | Müəllif: Subhan Mahmudov

Rusiya Ukraynada əməliyyatlara FASİLƏ VERDİ

Hazırda Rusiya qoşunlarının bölmələri döyüş imkanlarının artırılması üzrə tədbirlər həyata keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

“Xüsusi təyinatlı hərbi əməliyyat zamanı döyüş tapşırığını yerinə yetirən bölmələrdə döyüş qabiliyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir. Hərbçilərə istirahət etmək, evdən məktub və bağlamalar almaq imkanı verilir”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya MN-nin bu qərarını Ukrayna mediası hərbi müdaxiləyə fasilə verilməsi kimi dəyərləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR