• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rusiya Xəzərdən Ukraynaya səkkiz raket ATIB

DÜNYA

02 Avqust 2022 | 22:57

Rusiya Xəzərdən Ukraynaya səkkiz raket ATIB

Rusiya ordusu bu gün Xəzər dənizinin şimalından Ukraynaya 8 raket atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.Məlumata görə, onlardan yeddisi vurulub.

“Ümumilikdə, X-101 (X-555) tipli səkkiz qanadlı raket Ukrayna ərazisi boyunca mərkəzi, cənub və qərb vilayətləri istiqamətində atılıb. Səkkiz raketdən yeddisi havadan vurulub. 6 raket zenit-raket qüvvələri tərəfindən, biri isə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən vurulub”, - deyə məlumatda bildirilir.

Atılan raketlərdən biri Lvov vilayətinə düşüb. Dağıntı və insan təlafatı barədə məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026