• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya XİN üç ölkənin səfirlərinə etiraz etdi

DÜNYA

13 Oktyabr 2022 | 14:09

Rusiya XİN üç ölkənin səfirlərinə etiraz etdi

Rusiya Xarici İşlər Nazirliyi “Şimal axını” qaz kəmərində təxribatla əlaqədar aparılan araşdırma ilə bağlı Almaniya, Danimarka və İsveçin Moskvadakı səfirlərinə etiraz edib.

Bakıvaxtı.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

XİN-dən qeyd edilib ki, Rusiya mütəxəssisləri araşdırmada iştirak etməzsə, rəsmi Moskva “Şimal axını” qaz kəmərində baş vermiş qəza ilə bağlı istənilən “psevdonəticəli” araşdırmanın nəticələrini tanımayacaq.

Nazirlik qeyd edib ki, ABŞ-ın araşdırmaya cəlb olunmasına dair informasiya yayılıb.

Xatırladaq ki, Rusiyadan Avropaya çəkilən “Şimal axını” və “Şimal axını-2” əsas qaz kəmərində eyni vaxtda üç yerdən sızma olub. Avropa ölkələri Kremlin Aİ-yə qarşı enerji müharibəsinin əsas silahına çevrilmiş sualtı qaz kəmərlərində təxribatdan şübhələnirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026