Rusiyada Boloniya təhsil sistemi ləğv olunacaq.
Bakıvaxtı.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bununla bağlı ölkənin Elm və Təhsil Nazirliyi qərar qəbul edib.
Məlumata görə, nazirlik özünəməxsus yeni təhsil sistemi hazırlacaq.
Qeyd edək ki, Boloniya təhsil sistemi beynəlxalq standart kimi qəbul olunur. O, ali təhsilin iki səviyyəsindən - bakalavriat (4 il) və magistraturadan (2 il) ibarətdir (oxu.az). Rusiyada bu sistem 2003-cü ildən tətbiq olunub.
















