Moskva kənarındakı Taldom qəsəbəsində 19 pişiklə bir evdə yaşayan 6 yaşlı qız tapılıb.
Bakıvaxtı.az NTV telekanalına istinadən xəbər verir ki, uşaq iki ayağı üstə gəzə və danışa bilmir, yalnız heyvanlar kimi “dördayaqlı” şəkildə hərəkət edir. O, pişik yeməyi yeyir və “kis-kis” çağırışına hay verir.
Azyaşlı qızın 12 yaşlı bacısı və anası da var. Qonşular ananın içki düşkünü olduğunu, evdə isə tez-tez tüfeyli həyat tərzi keçirən şəxslərin yığışdığını bildiriblər.
Polis dəhşətli şəraitdə yaşayan bacıları xəstəxanaya yerləşdirib. Ana isə saxlanılaraq ifadəsi alınıb və ona qarşı cinayət işi açılıb.(oxu.az)
















