Rusiyanın Kamçatka yarımadasında ötən gün qəzaya uğramış helikopter 110 metr dərinlikdə aşkar edilib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov helikopterin quyruq hissəsinin qırılıdığını, qalan korpsunun tam vəziyyətdə olduğunu bildirib: "Bir neçə dəqiqə əvvəl vertolyotun tapıldığı barədə məlumat gəlib. Helikopter 110–111 m dərinlikdə, quyruğu və quyruğu hissəsi qopmuş, texnikanınqalan hissəsi isə bütövdür. İndi yerində, daha ətraflı yoxlama aparılır, taktika təyin olunur, qaldırma planı hazırlanır."
Xatırladaq ki, ötən gün səhər saatlarında Kamçatkanın Kronotsk qoruğu ərazisində turistlərin olduğu helikopter qəzaya uğramışdı.
Qəza nəticəsində 8 nəfər ölüb. Helikopterdə 13 sərnişin və 3 heyət üzvü olub.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















