• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiyada sanksiyalara görə işsizlik artdı

DÜNYA

26 Aprel 2022 | 21:13

Rusiyada sanksiyalara görə işsizlik artdı

Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası tərəfindən edilən yazılı açıqlamada Ukraynadakı müharibə səbəbiylə Rusiyada məşğulluq sektorunda müxtəlif problemlərin yaşandığı vurğulanıb.

Bakıvaxtı.az Türk mətbuatına istinadən xəbər verir ki, federasiya ölkədə işsizliyin yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə çatdığını açıqlayıb.

İlin əvvəlindən müflis olan şirkətlərin sayının 4,5 % artdığı bildirilən açıqlamada, "Rəsmi olaraq qeydiyyatdan keçmiş işsizlərin sayı yanvar-fevral ayları ilə müqayisədə 0,3 % artaraq 4,4 %- ə yüksəlib. Şimali Qafqazda işsizlik ağır vəziyyətdədir”, - deyə bildirilib.

Açıqlamada, Moskvada işsizlik səviyyəsi 2,2 %, Sankt-Peterburqda bunun 1,5 % səviyyəsində olduğu qeyd olunub.

Qeyd edək ki, yüzlərlə beynəlxalq şirkət Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanı tərk etmək qərarına gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026