• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyadan İtaliyaya təbii qaz nəqli dayandı

İQTİSADİYYAT

02 Oktyabr 2022 | 00:11 | Müəllif: Subhan Mahmudov

Rusiyadan İtaliyaya təbii qaz nəqli dayandı

Rusiyadan İtaliyaya təbi qaz tədarükünün bu gündən dayandırıldığı bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın "Eni" neft-qaz şirkəti məlumat yayıb.

Məlumata görə, Rusiyanın "Gazprom" şirkəti bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini bildirib. Avstriya ərazisindən də qaz nəqlinin mümkün olmadığı qeyd edilib. Buna görə də "Eni" şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsi vasitəsilə "mavi yanacağın" tədarük həcmi bu gün sıfıra bərabər olub.

Rusiyadan İtaliyaya qaz nəqlinin həcmi hazırda ümumi qaz tədarükünə nisbətdə 10 faizdən azdır. Tarvisioda ötürücü məntəqəsində qaz nəqlinin dayanmasının mövcud vəziyyətdə böyük dəyişikliyə səbəb olmayacağı bildirilib.

Qeyd edək ki, İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib. Azərbaycan qazının əsas idxalçılarından olan İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faiz səviyyəsindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026