• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiyalı karateçi koronavirusa yoluxduğu üçün Tokio-2020-dən kənarlaşdırılıb

İDMAN

04 Avqust 2021 | 10:50

Rusiyalı karateçi koronavirusa yoluxduğu üçün Tokio-2020-dən kənarlaşdırılıb

Rusiyalı qadın karateçi Anna Çernışeva Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançının koronavirus testi müsbət çıxıb.

Çernışeva bu səbəbdən olimpiada ilə vidalaşmalı olub.

Azərbaycanı bu növdə İrina Zaretska təmsil edəcək. 61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı avqustun 7-də yarışda çıxış edəcək.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR