• Bakı 20° C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Kriştianu Ronaldu Bakıda oynamayacaq

İDMAN

02 Sentyabr 2021 | 16:00

Kriştianu Ronaldu Bakıda oynamayacaq

Dünya futbolunun və Portuqaliya milli komandasının ulduzu Kriştianu Ronaldu 2022-ci il dünya çempionatının Azərbaycan millisinə qarşı sentyabrın 7 -də Bakı Olimpiya Stadionunda keçiriləcək seçmə oyununda iştirak etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, İrlandiyaya qarşı oyunda Ronaldo cari seçmə mərhələdə ikinci olan sarı vərəqə aldı. Çox güman ki, Ronaldo Bakıya gəlməyəcək və gəlsə, diskvalifikasiya səbəbindən mütləq oynamayacaq.

Ronaldo İrlandiyalılara iki qol vuraraq Portuqaliyaya 2-1 hesablı qələbə qazandırdı. 36 yaşlı hücumçunun millidə 111 qolu var. Bu dünya rekordudur! Ronaldo 109 qol vuran iranlı Əli Daeyi keçdi.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR