• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiyalı milyarder İsrail vətəndaşı oldu

DÜNYA

04 Aprel 2022 | 22:18 | Müəllif: Subhan Mahmudov

Rusiyalı milyarder İsrail vətəndaşı oldu

Rusiyalı milyarder Mixail Proxorov İsrail vətəndaşlığı alıb.

Bakıvaxtı.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Times of İsrael" məlumat yayıb.

Bildirilib ki, Proxorov bir neçə gün əvvəl İsveçrədən şəxsi təyyarəsi ilə İsrailə gəlib. Milyarder gəldiyi vaxtdan İsrailin qanunlarına əsasən vətəndaş olmaq üçün bütün lazımi sənədləri təqdim edib.

Qeyd edək ki, M. Proxorov "Bloomberg" tərəfindən 13,8 milyard dollarlıq sərvətlə Rusiyanın 12-ci ən varlı şəxsi siyahısında yer alıb. 

Xatırladaq ki, Proxorov özünü siyasətdə də sınayıb. O, 2012-ci ildə Rusiyada keçirilən prezident seçkilərində iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR