• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO

HADİSƏ

11 Iyun 2021 | 00:25

Rusiyalı turistlər Türkiyədə oğurluq etdilər - VİDEO

Türkiyənin İstanbul şəhərində rusiyalı turistlər tanınmış markaya aid çanta oğurlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, iki nəfər Rusiya vətəndaşı Sarıyerdə ticarət mərkəzindən 250 min lirə dəyərində (təxminən, 49 475 AZN) çanta oğurlayıblar.

Müşahidə kamerasına düşən görüntülərdən bəlli olub ki, həmin şəxslərdən biri heç kimin onu görmədiyinə əmin olduqdan sonra mağazanın vitrinindən çantanı götürüb və özü ilə gətirdiyi çantanın içinə qoyub.

Onun özü ilə apardığı çanta xüsusi hazırlanıb və siqnalizasiya bloklayıcı xüsusiyyətə sahib olub.

Məsələdən xəbər tutan satıcılar bu barədə polisə bildiriblər.

Bir gün sonra Şişli rayonunda da eyni oğurluğun törədilməsindən sonra Rusiya vətəndaşları İvan Fufayev və Sergey Çernikov tutularaq məhkəmə qərarı ilə həbs ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026