• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Rusiyanın işğalçılıq siyasəti: Azərbaycan "DUR!" dedi

SİYASƏT

25 Oktyabr 2022 | 12:24 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın işğalçılıq siyasəti: Azərbaycan "DUR!" dedi

Xəbər verdiyimiz kimi 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən açıq-aşkar antiazərbaycan çıxışları səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınıb və dövlət xəritəsi təhrif edilib. Bununla bağlı Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə sərt etiraz notası göndərib.

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev Bakıvaxtı.az-a bildirib ki, Rusiya heç bir zaman Azərbaycana qarşı xarici siyasətində səmimi olmayıb. Onun sözlərinə görə, Rusiya hələ də imperiya və işğalçılıq siyasətindən əl çəkmir: “Rusiya indi Ukraynaya qarşı işğalçılıq yürüdür. Təbii ki, Rusiya telekanallarında Azərbaycanın ərazi bütövlüyü ilə əlaqəli səsləndirilən fikirlər bağışlanılmazdır. Bunlar “Dağlıq Qarabağ”, “Artsax”, ifadələrini gündəmə gətirir, Azərbaycanı təcavüzkar adlandırırlar. Atalar burda deyib: “adımı sənə qoyum, səni yana-yana qoyum””. Rusiyanın Ukraynanın bütöv bir hissəsini, 30%-ə qədərini işğal etdiyinə diqqət çəkən politoloq qeyd edib ki, bunula belə, Rusiya Azərbaycanı işğal siyasətində suçlayır: “Azərbaycan öz torpağını düşməndən azad edib. Rusiyanı yandıran başqa şeydir. Çünki saxta Ermənistanı bunlar yaratmışdı, 200 il bundan əvvəl erməniləri Azərbayacana da ruslar köçürtmüşdülər. 2016-cı ildən sonra Rusiyanın Qafqazdakı işğalçılıq siyasətinə Azərbaycan “dur” dedi”.

Cümşüd Nuriyev: Bu məsələnin qarşısını birlikdə almalıyıq, əks təqdirdə... 

C.Nuriyev qeyd edib ki, rusun erməniyə gücü çatmadı: “Çünki Ermənistan Avropanın, Fransanın dediyi ilə oturub-durur. Makron kimdir ki, Fransanı da ABŞ idarə edir. ABŞ-ın isə tapşırığı budur ki, Ermənistan, ümumiyyətlə, Qafqaz Rusiyanın siyasi təzyiq zonasından çıxmalıdır. Bu siyasət, təəssüf ki, bu gün də davam edir”.

Fransanın Azərbaycanla bağlı əsassız iddialarına qarşı olan azərbaycanlıların oktyabrın 19-da Moskvada tədbir keçirdiklərini xatırladan C.Nuriyevin sözlərinə görə, aksiya iştirakçılarından 4-nə qarşı ittiham irəli sürülüb: “Çox güman ki, məhkəmə soydaşlarımızın əleyhinə olacaq. Amma çox təəssüf ki, Rusiyanın Azərbaycandakı “5-ci kolon”u çox güclü fəaliyyət göstərir. Bakının göbəyində, Üzeyir Hacıbəyov küçəsində rusların ideoloji mərkəzi açılıb. Hər gün orda tədbirlər keçirilir. Bütün bunların hamısına son qoymaq lazımdır”.

Onun fikrincə, tək AzTV-də bir verilişlər bu məsələni bağlamaq olmaz. O,  Azərbaycanın siyasi partiyalarının, Milli Məclisinin, Qeyri Hökümət Təşkilatlarının birgə addım atmalı olduğunu vurğulayıb.

“Əks təqdirdə Rusiyanın işğalçılıq siyasəti daha da irəliləyəcək”, - deyə Cümşüd Nuriyev vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR