• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Saatlıda gecə işləyən kafe aşkarlanıb

HADİSƏ

18 Yanvar 2022 | 08:57 | Müəllif: Qalib İbrahimoğlu

Saatlıda gecə işləyən kafe aşkarlanıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin inzibatçısı K.Allahverdiyev və orada çalışan üç işçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026