• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabah bu ərazilərdə işıq olmayacaq

CƏMİYYƏT

06 Aprel 2025 | 20:16 | Müəllif: Subhan Mahmudov

Sabah bu ərazilərdə işıq olmayacaq

Binəqədi rayonunda yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir işlərinin aparılması və yeni Transformator Məntəqəsinin quraşdırılması işləri ilə əlaqədar 7 aprel tarixində bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 16:00-dək Sulutəpə və Xocəsən qəsəbələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026