• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Sabah hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

29 Mart 2022 | 12:38 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava necə olacaq? - PROQNOZ

Martın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026