• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Sabah” tanınmış məşqçiyə klubda yeni vəzifə verdi

İDMAN

28 May 2021 | 18:26

“Sabah” tanınmış məşqçiyə klubda yeni vəzifə verdi

“Sabah” FK-da yeni təyinat gerçəkləşib.

Bakıvatxı.az xəbər verir ki, İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” FK-nın Müşahidə Şurasının üzvüdür.

Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Ponomaryov SSRİ-nin Əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb.

İqor Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR