• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sabahın hava proqnozu açıqlandı

CƏMİYYƏT

20 May 2021 | 13:35

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda mayın 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Bakıvaxtı.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi  762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. 

Mayın 21-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz  20-25 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026