• Bakı 26° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Sabiq deputata üçotaqlı ev VERİLDİ

İQTİSADİYYAT

27 Noyabr 2024 | 15:15

Sabiq deputata üçotaqlı ev VERİLDİ

Sentyabrda səlahiyyətləri başa çatmış VI çağırış (2000-2024-cü illər) Milli Məclisin bəzi deputatlarına mənzil verilib. 

Bakıvaxtı.az xəbər verir ki, mənzil verilən sabiq deputatlardan biri Etibar Əliyevdir. 

Sabiq deputat "Qaynarinfo"ya açıqlamasında prezident İlham Əliyevə təşəkkür edib:

"1991-ci ildən Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində gənc mütəxəssis kimi çalışanda mənzil növbəsində dayanmışdım. Mənə Qaraçuxur qəsəbəsində 9-cu mərtəbədə iki otaqlı mənzil verildi. Deputat seçilənə kimi həmin evdə yaşadım. İki övladım var, oğlumun özünə ipoteka ilə mənzil alıb. Onun kreditlərini bu yaxınlarda bağlamışıq. Mən böyük kitabxana sahibiyəm. Balkonlarım, yaşadığım iki ortaqlı mənzilimin bir otağı kitabla dolub". 

Etibar Əliyev evi dar olduğu üçün Prezidentə müraciət etdiyini bildirib: "Prezident mənim müraciətimi nəzərə alıb və Nizami rayonunda 3 otaqlı mənzillə təmin olundum. İndi kitabxanamı daha da genişləndirmişəm. Prezidentə təşəkkür edirəm".


SON XƏBƏRLƏR

07 Sentyabr 2025
06 Sentyabr 2025