• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Sabiq "Qalatasaray"lı  Azərbaycan klubunda

İDMAN

05 Sentyabr 2023 | 10:26

Sabiq "Qalatasaray"lı Azərbaycan klubunda

“Qalatasaray”ın sabiq futbolçusu Yesse Sekidikanın karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu “Sabah”la anlaşıb.

Avqustun son günündə “Eyüpspor”la müqavilə müddəti başa çatan nigeriyalı hazırda azad agent statusu daşıyır. Bundan yararlanan “Sabah” onunla müqavilənin şərtlərini razılaşdırmağı bacarıb. Sekidika tezliklə bakılılarla münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, forvard 2019-cu ilin əvvəlində “Neftçi”nin Antalyadakı təlim-məşq toplanışına qoşulmuşdu. “Ağ-qaralar”ın həmin vaxtkı baş məşqçisi Roberto Bordin onun hazırlıq durumundan razı qalmadığından, rəhbərlik müqavilədən imtina etmişdi.

Qeyd edək ki, 2020-ci ildə “Qalatasaray”la anlaşan Sekidika iki il müxtəlif klublarda icarə əsasında çıxış edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026