• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb

SİYASƏT

11 Oktyabr 2024 | 16:57

Sahibə Qafarova Tənzilə Narbayeva ilə görüşüb

Tacikistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisə seçkilərin uğurla keçirilməsi və yenidən Azərbaycan parlamentinin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edən Tənzilə Narbayeva əminliyini ifadə edib ki, qarşıdakı dövrdə də iki ölkənin qanunverici orqanları arasında yüksək səviyyəli əməkdaşlıq və sıx təmaslar davam etdiriləcək.

Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub.

Qeyd edilib ki, xalqlarımız arasında oxşar dini və mənəvi dəyərlər, dil birliyi əlaqələrimizin daha da genişlənməsinə böyük töhfələr verir.

Spiker Sahibə Qafarova Azərbaycan və Özbəkistan arasında münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra yeni mərhələyə yüksəldiyini diqqətə çatdırıb.

Tərəflər ölkələrimiz arasında bir çox sahələri əhatə edən geniş əlaqələrin inkişafında ölkə başçılarının rolunu xüsusi qeyd ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026