Çində menecer işçilərinə əhvalları pis olduqda işə gəlməməyə icazə verib,
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Asia One" məlumat verib.
Mediada yayılan xəbərlərə görə, supermarketlərin təsisçisi Yu Donglai işçilərinə 10 gün istirahət etməyə və əhvalları pis olduqda işə gəlməməyə icazə verib.
Sahibkarın fikrincə, onun şirkəti bundan qazanc əldə edəcək, çünki əhvalı pis olan insanın konkret tapşırığı yerinə yetirməmək və ya planı pozmaq şansı daha çoxdur.
“Biz nəhəng olmaq istəmirik. Biz işçilərimizin sağlam və dinc həyat sürməsini istəyirik və o zaman şirkət də buna sahib ola bilər”.
Mina Mikayılova







jpg-1715414626.webp)








