• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Sakinlərin NƏZƏRİNƏ: Xırdalanda işıq kəsiləcək

CƏMİYYƏT

15 Iyul 2025 | 16:42 | Müəllif: Gülşən Şərif

Sakinlərin NƏZƏRİNƏ: Xırdalanda işıq kəsiləcək

Bu gün Abşeron rayonunun Xırdalan şəhərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “AzərEnerji” ASC-dən bildirilib.

Məlumata əsasən, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisindəki 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator bu gün elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar saat 16:30-dan 17:30-a qədər Xırdalanın bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026