• Bakı 24° C

    7.1 m/s

"Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşdi

İDMAN

10 Iyun 2024 | 16:17

"Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşdi

"Şamaxı" klubunun yeni baş məşqçisi Ayxan Abbasov olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə 42 yaşlı mütəxəssis özü məlumat verib.

"Turan Tovuz"un sabiq çalışdırıcısı keçidin yaxın günlərdə rəsmiləşəcəyini söyləyib: "Şamaxı" düşünməyim üçün mənə vaxt vermişdi. Fikrimi qətiləşdirdim, yaxın 3-4 gün ərzində rəhbərliklə görüşümüz olacaq. İnşallah, növbəti həftədən yeni komandaya keçidim rəsmiləşəcək".

Qeyd edək ki, "Şamaxı" ötən mövsüm Azərbaycan I Liqasını 57 xalla birinci sırada tamamlayaraq, Premyer Liqada iştirak etmək hüququ qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026