Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Bakıvaxtı.az "Hürriyet"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Renn" komandasında çıxış edən Bertuğ Yıldırımla maraqlanır.
Türkiyə millisinin də şərəfini qoruyan 22 yaşlı hücumçu üçün bonuslar daxil 6 milyon avro təklif olunub.
Qeyd edək ki, Bertuğ Yıldırım 2023-cü ilin avqustunda "Renn"ə keçib.