• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sarayda tapılan meyitin kimə məxsus olduğu MƏLUM OLDU

CƏMİYYƏT

15 Fevral 2023 | 10:26

Sarayda tapılan meyitin kimə məxsus olduğu MƏLUM OLDU

Bir müddət əvvəl Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsi 1 ünvanında yerləşən ərazidə tapılmış çürümüş meyitin kimə məxsus olması müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, tapılmış meyitdən götürülmüş nümunələr üzrə aparılmış müqayisəli molekulyar-genetik tədqiqat başa çatıb.

Müəyyən olunub ki, aşkar edilmiş çürümüş vəziyyətdə olan naməlum meyit 1969-cu ildə Şamaxı rayonunda anadan olmuş Əbduləliyev Abas Ağamölüt oğluna məxsusdur.

Onun 2022-ci ildə itkin düşdüyü bildirilib.

Ekspertizanın nəticəsi barədə A.Əbduləliyevin ailəsinə məlumat verilib. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026